INTERNSHIP AND PRACTICAL TRAINING PROGRAMS IN THE USA
Proqram öz ixtisas sahəsi üzrə praktiki olaraq təcrübə yığmaq istəyən iştirakçılar üçün nəzərdə tutulub. Vaxtını gələcək karyera üçün faydalı keçirmək və İngilis dilini təmiz öyrənmək üçün bundan yaxşı variant fikirləşmək çətindi. Bu proqrama ilin istənilən dövründə müraciət etmək mümkündür. Sadəcə onu nəzərə almaq lazımdır ki, InterExchange-ə doldurulmuş anket təqdim olunduqdan sizin ABŞ-a uçuşunuza qədər 2.5 – 3 ay vaxt keçəcək. Proqramda iştirak etmək üçün iştirakçılara səfirlikdən J-1 vizası təqdim olunur.
Tibb, təhsil, xarici dillərə tərcümə kimi işlərdə təcrübə keçmək olmaz. Həmçinin, sosial işçi kimi- au pair və ya aşağı kvalifikasiyalaşmış işlərdə təcrübə yığmaq olmaz. Məsələn: housekeeping, dishwashing və s. Hər bir işverən verdiyi işin iştirakçının təhsilinə, ixtisasına nə qədər uyğun olduğunu yoxlayır. Proqram üzrə anket 2 hissədən ibarətdir. Birincisi iştirakçı tərəfindən doldurulur, ikincisi isə Amerikan işverəni tərəfindən. Proqramın iki variantı mövcuddur. Internship Program- 2-ci kursdan 4-cü kursa kimi olan tələbələr və gənc spesialistlər üçün (o kəslər ki, diplomu aldığı müddətdən 1 ildən çox vaxt keçməyib). Proqramda iştirak üçün yaş həddi 18-28 yaşdır. Proqramın müddəti isə 6 aydan 12 aya kimidir.
Practical Training Program- Bu proqram artıq universiteti qurtaranlar üçündür. İştirakçı gərək ən azı 1 il iş stajı olan diplomlu şəxs olsun. Əgər iştirakçı təhsil alıb ixtisaslaşdığı sahədən kənar bir ixtisas ilə proqramda iştirak etmək istəyirsə , onda onun gərək ən azı bu sahədə 5 il stajı olsun. Proqramda iştirak üçün yaş həddi 20-38 yaşdır. Proqramın müddəti isə 6 aydan 18 aya kimidir.
InterExchange Internship / Practical Training Program
İşverənin tapılması ilə proqramın potensial iştirakçısı IEC-dən aldığı informasiyanı, interneti və şəxsi əlaqələrini və fantaziyasını işlətməklə axtarır. Çox vaxt sual verilir ki, işverənin özüm tapmağım nə qədər realdır? Cavab veririk- Maksimal dərəcədə realdır, əsasən, əgər siz menecment, otel biznesi, informasiya texnologiyası kimi sahələrdə təhsil almısınızsa.
| Proqrama başlama vaxtlarının mümkün dövrü |
İlboyu |
| Proqramın dəvamiyyəti |
6–12-18 ay |
| Proqramın qiyməti |
$1150 -1600-2100 |
| İlkin ödəniş |
$600 + $180 (Sevis) |
| Minimal maaş məbləği |
Razılaşma yolu ilə |
| Tibbi siğortanın məbləği proqramın məbləğinə daxildir/daxil deyil |
+ |
| Biletlərin məğləği proqramın məbləğinə daxildir/ daxil deyil |
- |
| Yaşayış xərci və yemək proqramın məbləğinə daxildir/daxil deyil |
- |
| İşverənin axtarılması proqramın məbləğinə aiddir/aid deyil |
- |
| Yaş |
18 - 38 |
| Xarici dil |
İngilis |
| Uğur faizi |
100% |
Aspire Trainee/Internship
Aspire Trainee/Internship aşağıdakı işlərdə iş təcrübəsi qazanmağı təklif edir: Otel biznesi, turizm, marketinq, menecment, maaliyyə, informasiya texnologiyası. Proqramın qiyməti işin müddəti və sahəsindən asılıdı : $2600-$2950 otel menecmenti və turizm üçün və $3750-$4150 isə digər vəzifələr üçün.
| Proqrama başlama vaxtlarının mümkün dövrü |
İlboyu |
| Proqramın dəvamiyyəti |
1–12-18 ay |
| Proqramın qiyməti |
$2600-4150 |
| İlkin ödəniş |
$600+$180 (Sevis) |
| Minimal maaş məbləği |
$1200 ayda |
| Tibbi siğortanın məbləği proqramın məbləğinə daxildir/daxil deyil |
+ |
| Biletlərin məğləği proqramın məbləğinə daxildir/ daxil deyil |
- |
| Yaşayış xərci və yemək proqramın məbləğinə daxildir/daxil deyil |
- |
| İşverənin axtarılması proqramın məbləğinə aiddir/aid deyil |
+/- |
| Yaş |
20 - 35 |
| Xarici dil |
İngilis |
| Uğur faizi |
100% |
|