Camp Programs in the USA
Bu nədir?İştirakçılar amerika uşaq lagerlərində lager başçısı və ya xidmət personalı kimi işləyirlər. Lager başçısı uşaqlara nəzarət edir və onları müxtəlif idman növlərini öyrədir. Lager başçısı işləmək üçün İngilis dilini yaxşı bilməli və uşaqlarnan işləmək praktikası olmalıdı. Xidmət personalında isə gün belə keçir: Səhər saat 7-də oyanırsız, bütün komanda ilə uşaqlara səhər yeməyi hazırlayıb süfrəni düzəldirsiz, mətbəxi yığışdırırsız, yemək yeyirsiz, bir az dincəlirsiz, günorta yeməyi hazırlyıb süfrəyə gətirirsiz, mətbəxi yığışdırırsız, yemək yeyirsiz, dincəlirsiz və yatmağa uzanırsız. Lagerdə minimal iş periodu -8 həftədir. Lagerin direktoru ilə qarşılıqlı razılaşma əsasında, iştirakçı lagerdə 15 həftəyə kimi işləyə bilər. Həmçinin skaut, idman lagerlərində, fiziki və əqli çatışmamazlığı olan insanlar üçün lagerlərdə, şəxsi lagerlərdə də işləmək olar. Proqramda yalnız universitet tələbələri iştirak edə bilər (lager başçısı işləmək üçün isə tələbə olmaq vacib deyil) Fəaliyyət ardıcılığı necədir?Proqramda iştirak etmək üçün əvvəl InterExchange əməkdaşı ilə bir intervyunu keçmək lazımdır- 35 dəqiqə ingilis dilində ümümi mövzularda. Bundan sonra iştirak haqqında müqaviləni imzalayıb, ilkin ödənişi edib (150 dollar), SEVİS (35 dollar) ödəyib, bizdən aldığınız proqram üzrə anketi doldurub, müəllimindən və ya işverəndən referans alıb, institutdan , polisdən və polikninikadan arayışı əlavə edib bunların hamısını bizə təqdim etməlisiniz. Sonra lagerin axtarışına başlanılır- bununla bizim amerikada partnyorumuz İnterExchange məşğul olur. Əgər sizin artıq lager direktorundan dəvətnaməniz varsa onda pre-placed variantından istifade edə bilərsiz. Bu halda proqramın qiyməti 380 dollar olacaq. Aviabilet və sigorta iştirakçı özü əldə edir. Belə iştirakçı cib xərcini özü lager direktoru ilə razılaşması əsasında alır. Lager tapıldıqdan və oradan yazılı şəkildə dəvətnamə (placement) olduqdan sonra, proqramın sponsorundan J-1 vizasına müraciət etməyə imkan verən DS-2019 gəlir. Bu an iştirakçı proqramın qalan pulunu ödəyir, sonra isə ABŞ səfirliyində intervyudan keçir ( intervyu 5-6 dəqiqə davam edir). Əgər vizada rədd olunsa iştirakçı 35 dollar SEVİS, 140 dollar konsulluğ xərcləri və 50 dollar da sponsorun administrasiya ödənişi itirilməklə ödədiyi qalan bütün pulu geri alır. Əgər viza ala bilsə onda biz iştirakçı üçün əvvəlcədən aviabilet bron edirik. Qalan digər vaxtı siz oxuyursunuz, imtahanları verirsiniz və bizim forumda digər iştirakçılarla tanış olursunuz: www.iec.ru/forum1 Hansı pluslar var?Sən həmişə 500 dollara bütün yayı Amerikada keçirə bilərsən. Və bu halda hər şey –yemək və qalmaq yeri havayıdı. Və bütün bunlar təbiətdə olur (təmiz hava, çay, müxtəlif heyvanlar və s.) Hansı minuslar var?Lagerdə işlədiyiniz müddətdə siz xaricdən, böyük şəhərlərdən təcrid olunmuş şəkildə yaşayırsınız. Məbləğə nə daxildir?• Lagerin axtarılması • New-Yorka və geriyə uçuş (Placed variantında) • Forma DS-2019 • Dokumentlərin təşkilində kömək • İnformasiya broşuru və səyahətçi kitabçası • New-York aeroportunda qarşılama ( Placed variantında) • 1 gün New-Yorkda qalmaq ( Placed variantında) • New-York-dan lagerə yol (Placed variantında) • 24 saat tələbəni dəstəkləmək üçün qaynar xətt • Lagerdə olduğun müddətdə yaşayış və qidalanma. | Proqrama başlama vaxtlarının mümkün dövrü | May-İyun | | Proqramın dəvamiyyəti | 8-15 həftə | | Proqramın qiyməti | $380/$500 | | İlkin ödəniş | $150 + $35(Sevis) | | Minimal maaş məbləği | $ 1100 8 həftəyə | | Tibbi siğortanın məbləği proqramın məbləğinə daxildir/daxil deyil | - | | Biletlərin məğləği proqramın məbləğinə daxildir/ daxil deyil | + /- | | Yaşayış xərci və yemək proqramın məbləğinə daxildir/daxil deyil | + | | İşverənin axtarılması proqramın məbləğinə aiddir/aid deyil | +/- | | Yaş | 19-28 | | Xarici dil | İngilis | | Uğur faizi | 80% | Amerika lagerləri nədir?Bir qayda olaraq lagerlər şəhərdən kənarda yerləşir. Meşədə, çayın, gölün və ya okeanın sahilində. Lagerə həmişə dincəlməyə gəlirlər. Ona görə orda həmişə çoxlu müxtəlif oyun, incəsənət üçün hər şey, idmana aid hər şey tapmaq olar. Dincələnlər bir qayda olaraq taxta evlərdə 5-15 nəfərlə, lager başçısı ilə (2-5), əsasən bir evdə yatırlar. Xidmət personalı üçün isə ayrı ev olur. Amma bəzən, elə də olur ki, uşaqlaqla bir yatırlar. İstənilən halda, hər evdə (cabin) duş və tualet var. Maye sabun, paper towel – amerikan WC-nin əvəzolunmaz atributlarıdı. Tualetlər təmiz və heç də taxtadan deyil vətəbii ki, küçədə yerləşmir. Lagerlər müxtəlif olur. Girl scout camps (guides) – qızlar üçün lagerlər. Adətən belə lagerlərdə çox sıx qrafik var. Uşaqlara daim nəsə öyrədirlər, əyləndirirlər və məşq edirlər.( lagerlər ya ancaq qızlar , ya da , ancaq oğlanlar üçün olur) Special needs camps – Əqli və fiziki çatışmamazlığı olan böyüklər və uşaqlar üçün lagerlər. Məlum olduğu kimi amerikanlılar invalidlərə böyük diqqət ayırırlar. Ona gore, belə lagerlər çoxdur. Və əgər siz anketinizdə yazsaz ki, belə lager istəyirsiz , onda, sizi 99% ora yerləşdirəcəklər. Bundan əlavə Special Needs lagerində lager başçısının stependiyası diger stependiyalardan fərqlənir. Bu lagerdə nəyə rast gəlmək olar? Adətən bu cür lagelərin devizi: Biz 8-dən 80-a kimi hamıya şadığ. Bu o deməkdir ki, belə lagerlərlə uşaqlarla birgə böyüklər də dincəlir. Çatışmamazlığın dərəcəsi müxtəlif ola bilər- xalerikdən qıc olmaya kimi. Lager başçıları həmişə kemperlərin qeydinə qalmaq haqqında treninq keçirlər. Onları müalicə eləmək lazım deyil. Bunun üçün lagerdə 24 saat olan tibb bacısı var. Lager başçısının əsas vazifəsi kemperlərə nəzarət etməkdir ki, onlar darıxmasınlar və bütün yarışlarda iştirak eləsinlər. Bir qayda olaraq belə lagerlərdə qrafik ele də sıx deyil. Private/independent camps, agency, family owned camps – Lagerin xüsusiyyət formasından asılı olaraq şəxsi və ya hansısa təşkilata aid ola bilər (YMCA, misal üçün) Day camps – səhər uşaqlar lagerə gəlib , axşam isə evə gedirlər. Disadvantaged camps – problemli ailələrdən və ya çatışmamazlıq olan ailələrdən olan uşaqlar üçün lagerlər. Hər bir iştirakçı getmək istədiyi lageri özü anketdə seçə bilər. Siz nə qədər çox lageri qeyd etsəz , o qədər də sizin şansızın çox olacaq ki, sizə lagerdən placement göndərsinlər. Düzü Day camps və Disadvantaged camps çox az yerləşdirirlər.
|