FAQ
Ən çox verilən suallar PDF Çap E-mail

FAQ - Ən çox verilən suallar:

 

Daha çox sual yaradan məqamlara cavablar.

Tələbə mübadiləsi proqramları nə deməkdir?
Müxtəlif ölkələr arası tələbə mübadiləsi proqramları beynəlxalq əməkdaşlığın bir növü kimi 1940-cı illərin sonunda yaradılıb.Onların məqsədi müxtəlif ölkələrdən olan gənclərin həm bir-birilərini həm də müxtəlif ölkələrin mədəniyyətləri ilə yaxından tanış olmalarıdır. Tələbələrin bu proqramda iştirakının təmin edilməsi üçün onlara iştirak xərcinin bütöv və ya qismən ödəməklə gəldikləri ölkədə işləmək, proqramın sonunda isə səyahət etmək imkanı yaradılır.
Proqramlarda kimlər iştirak edə bilər?
Proqramlarda iştirakın yaş məhdudiyyətləri hər bir proqrama qısa izahla göstərilir. Minimum yaş həddi – proqramın başlama anında 18 yaş ( amerika proqramları üçün –  proqramda iştirak üçün müəyyən olunan ilin 1 iyun tarixində). Bəzi proqramlarda (məsələn, Work and Travel, Work South Africa) yalnız tələbələr iştirak edə bilər.

Xarici dilləri bilməyə olan tələbat dərəcəsi nə qədərdir?
Bu sizin iştirak etmək istədiyiniz proqramdan asılıdır. Proqramı seçməklə siz IEC əməkdaşı ilə intervyu keçirsiniz. Ən yüksək diqqət (və əlbətdə ki, daha detallı intervyu) uşaqlarnan olan iş üçün (yay düşərgələrində rəhbərlərdən və ailədə), həm də praktika proqramlarına (İnternship programs) göstərilir. Lagerdə xidmət personalı, Work and Travel proqramları və kənt tasarrüfatı proqramlarında dili danışıq səviyyəsində bilmək kifayətdir. Heç bir halda intervyudan keçdikdən sonra dilinizi təkmilləşdirmənizi dayandırmağa dəyməz, çünki, gedməyinizə qədər dilinizdə nə qədər inkşaf olsa , o qədər də proqramın təqdim etdiyi imkanlardan daha dolğun istifadə edə bilərsiniz. Məsələn, daha çox pul qazanıb və daha çox səyahət  edə bilərsiniz.

İlkin ödəniş nəyə lazımdır?
İlkin ödəniş proqramda iştirak üçün olan məbləğin tərkibindədir və bir qayda olaraq ümumi məbləğin 25%-ni təşkil edir. İlkin ödəniş IEC əməkdaşı ilə intervyudan sonra ödənilir. Potensial iştirakçının anketləri ilə iş yalnız ilkin ödənişdən sonra başlanır.

Hansı hallarda ilkin ödəniş qaytarılır?
İlkin ödəniş yalnız aşağıdakı hallarda qaytarılır:
IEC-in Partnyor təşkilatının əməkdaşı ilə olan intervyunu keçmədikdə (Work and Travel, Camp USA proqramı üzrə); Vizadan keçmədikdə; Proqramda iştirakı qeyri mümkün edən xəstəlik olduqda. Əgər proqramın başlanmasına 2 ay qalıbsa,ya da, amerikadakı proqramlar üçün, proqramda iştirak edecəyi ilin 1 aprelinə kimi həkimdən arayışı IEC-in əməkdaşına təqdim edərsə. Qalan digər hallarda (planların dəyişməsi, institutda imtahanlar və s.) ilkin ödəniş qaytarılmır. İlkin ödənişin və digər ödənişlərin qaytarılması şərtləri hər bir iştirakçı ve IEC əməkdaşı tərəfindən imzalanan  Proqramda iştirak haqqında müqavilədə  öz əksini tapır.

Sizin təşkilat tələbələrə çatdıqları xarici ölkədə yardım göstərirmi?
Bu funksiyanı bizim sizin getdiyiniz ölkədə olan Partnyor təşkilatlarımız göstərir- onlar sizə telefon nömrələri təqdim edir ,hansı ki onun vasitəsi ilə sizə hər an kömək göstərə və ya məsləhət verilir.

Proqramda iştirak üçün lazım olan xərcin əvəzi qazanılırmı?
Bəli. Bütün proqramlar sizə onun xərcinin əvəzini tam və ya qismən dərəcədə qazanmağa imkan verir.

Dostumla eyni bir işə götürənin yanına düşə bilərikmi?
Proqramdan asılıdır. Bir qayda olaraq bu o proqramlarda mümkündür ki, harda ki siz özünüz iş axtarırsınız.

Nəyə görə onlar (Amerkanlılar, İngilislər və s.) bizim tələbələri işə götürürlər?
Hökümətlər səviyyəsində tələbə mübadiləsi proqramları ona görə yaradılıb ki, xarici tələbələr müxtəlif xarici ölkələrin həyatı, yaşayış tərzi ilə tanış olmaq imkanı versinlər. Konkret işə götürənlərə galdikdə isə onlar həvəslə xarici təbələri yay sezonunda işə gətürürlər, çünki: a) Tələbələr inanılan, xeyirxah və tez öyrənən kimi özlərinə reputasiya qazanıblar; b) Onların tətilləri turist sezonunun başlanması ərəfəsinə düşür; c) Xarici tələbələr özləri ilə öz ölkələrinin adətlərini gətirirlər, hansi ki hərdən, hətta işə götürənin müştərilərinin sayının artmasına da səbəb ola bilir.

Proqram iştirakçılarının ABŞ-da (Boyük Britaniyada, İrlandiyada, Norveçdə və s.) işləməyi leqaldırmı?
Bəli. Bütün iştirakçılar lazımı sənədləri alırlar ( ABŞ-da bu J-1 vizası; Böyuk Britaniyada və İrlandiyada –bu işə icazə və s.) və leqal işləmək hüququ qazanırlar.

Hansı minimal/maksimal müddətə getmək olar?
Bir qayda olaraq, minimal proqram müddət- 2 ay, maksimal- 18 aydır (proqramın növündən asılıdır).

Proqram iştirakçıları tibbi siğorta ilə təmin olunurlarmı?
Bəzi proqramlarda- bəli, bəzilərində isə- tibbi siğortanı ayrı almaq lazımdır (proqramın növündən asılıdır).

Viza sənədləşməsi ilə kim məşğul olur?
Amerika proqramları iştirakçıları üçün- IEC numayəndələri. Digər ölkələrdəki proqram iştirakçıları İnterExchange-dən vizaya müraciət üçün lazımi sənədləri alınır.

Əgər siz öz sualınıza cavab tapmadınızsa bizə sualınızı ünvanlandırın: Bu e-mail ünvan spam-botlardan qorunur, açılması üçün brouzerdə Javascripti aktivləşdirməlisiniz  

WT FAQ- Work and Travel proqramı üzrə ən çox verilən suallar.

Proqramda iştirak üçün hansı İngilis dili dərəcəsi lazımdır?
Biz sadəcə bilmək istəryirik ki, senin ilk günlərdə azmağına imkan verməyəcək dərəcədə İngilis dilin var ya yox. Danışıq dili dərəcəsi təmamilə kifayətdir. 

İngilis dili biliyi intervyusundan keçmək çətindirmi?
İlk addım - bizim mərkəzdə olan intervyu. İlk addım- “bu ən çətinidi” bele bir söz eşitmisən? Bax bu sözün bizim intervyuya heç bir aidiyyəti yoxdur. Bİz sizi başa düşürük ki, siz heyacan keçirirsiniz. Biz özümüz də axı bir neçe il bundan əvvəl bu vəziyyətdə olmuşuq. Ona görə çalışacayıq ki, sizə maksimal dərəcədə rahat şərait yaradaq ki,  özünüzü mümkün qədər yaxşı təqdim edə biləsiniz. Sizinlə ümumi mövzuda söhbət edəcəyik: Harda oxuyursan, boş vaxtını nece keçirirsən, ABŞ-a niye getmək istəyirsən? Çətin bir şey yoxdur. Narahatliğa dəyməz.

Proqramın ödəniş ardıcılığı
Mərkəzdə intervyunu keçdikdən sonra ilkin ödəniş ödənilir- 300$+35$ (SEVIS fee) + register fee (İntervyudan sonra bir həftə ərzində). Ödənişin 2-ci hissəsi isə DS-2019 formasını və ya job offer aldıqdan sonra ödənilir (təqribən fevral-aprel aylarında)

İştirakçının ABŞ-da olduğu müddət ərzində Mərkəz tərəfindən hər hansısa dəstək göstərilirmi?
Siz bizdən çoxlu sayda ölkə haqqında, oranın qaydaları, adətləri haqqında məlumat kitabçaları alacağsınız! Hər hansısa bir probleminiz olarsa siz hər an bizim ABŞ-da olan əməkdaşlarımızla əlaqə saxlaya bilərsiniz.

 

Sənədlər haqqında suallar

DS-2019 forması nədir?
Bu çox qiymətli formadır.Bunun əsasında sən öz sənədlərini J-1 vizası üçün verə bilərsən, baxmayaraq ki, xarici görünüşlə bu forma adi A4 formatlı vərəqinə oxşayır. Bu sənədi yalnız sayları çox olmayan təşkilatlar verə bilir. BU təşkilatlar proqramın sponsorları adlanır. Bizim halda bu InterExchange.

J-1 Vizası nə deməkdir?
Bu viza sənə yay tətilində ABŞ-da leqal şəkildə işləmək imkanı verir.


Xarici pasport
Proqramda İştirak haqda müqaviləyə uyğun olaraq xarici pasport IEC-ə 1 mart 2009-cu ildən gec olmayaraq təqdim olunmalıdır. Hərdən biz onu fiziki olaraq gec də alacayıq, amma 1 mart 2009-cu ilə kimi butun proqram iştirakçılarının 15 oktyabr 2009-cu ilə kimi müddəti olan xarici passportu olmalıdır. Əks halda o ya proqramdan xaric olunur, ya da, 100$ məbləğində cərimə ödəyərək passportu gec təqdim edir. VACİB: Bütün dedi-qodulara baxmayaraq bu növ olan xarici passportlar (yeni, Biometrik informasiya olmayan) həqiqidir, və amerika sefirliyi onları qəbul edir və onların istifadə müddəti qurtarana kimi qəbul edəcək. 

Tibbi siğorta nəyə lazımdır?
İndi sənin ABŞ-da tibbi xidmətə böyuk məbləğdə pul ödəməyinə görə narahat olmağına dəyməz. Sən siğorta ilə lazımınca qorunursan. Amma gəlin xəstəlik haqda fikirləşməyək və ümüd edək ki, sənin sağlamlıq ilə bağlı heç bir problemin olmayacaq və hər şey super olacaq.Siğortanı AVİ İnternational şirkəti 50 000$ miqdarında təqdim edir .

Əgər vizadan keşməsəm nə itirəcəm?
Bank ötürmə haqqından başqa heç nə itirmirsən. Bu da təqribən 40$ məbləğindədir. QALAN BÜTÜN PULLARI BİZ QAYTARIRIQ!!!!!!!!. Ona görə ürəkli olaraq proqramda iştiraka başlamaq olar. Ümumən baxanda sən heç nə itirmirsən, hətta, heç nə alınmasa da.


İŞ AXTARMAQ BARƏDƏ SUALLAR.

ABŞ-da işi necə özüm tapım?
Bu nə qədər qorxulu səslənsə də qorxma. Müraciət edən tələbələrin əksəriyyəti bunu edir, deməli, sən də edə bilərsən. Həmçinin biz sənə bunda kömək edəcəyik və ABŞ-da işverəni nece tapmaq lazım gəldiyini göstərəcəyik. Hər şey göründüyü kimi çətin deyil.

Hansı tarixə qədər job offer-i təqdim etmək lazımdır?
Proqramda iştirak haqqında müqaviləyə uyğun olaraq 3 ay səyahətə getməyə qalmış, yəni, təqribən 1 martda.

Artıq çatdığım yerdə 2-ci işi nece tapım?
Təmamilə bu proqramla olan tələbələrin böyük əksəriyyəti kurort şəhərlərdə işləyir. Bu şəhərlərdə olan binaların birinci mərtəbələri sonsuz sayda olan maqazinlər şəbəkəsi, retoranlar və otellərdir. Sənə yalnız lazım olan şey küçə ilə gedib ətrafına baxmaqdır. Və əgər hardasa HELP WANTED –yazısı görsən bilki,sənə ora lazımdır. Ümümən baxanda sənə istənilən halda yenə ora lazımdır, hətta, bu yazını  görməsən də. Çünki, sezon vaxtı bu şəhərlərə çoxlu sayda turist axışır və bu şirkətlərə o turistlərə qulluq etmək üçün çoxlu sayda işçi lazım gəlir. 2005-ci ildə bizim tələbələriin orta sayla 1.95 işi olub (yəni, demək olar ki, hər bir tələbə 2-ci işdə işləyib). 

Mən dostumla bir gedirəm. Bizim eyi şəhərdə işləməyimiz mümkündürmü?
Heç bir problem yoxdur. Sadəcə anketdə sizin birlikdə getmək istədiyiniz adamın ad ve familiyasını göstərmək lazımdır.

Həftədə neçə saat işləyə bilərəm?
Çox uşaqlar çoxbilmişlik edib iki-üç işdə işləyərək həftədə saatlarını 70-80 saata çatdırırlar.Bu sənə lazımdır, ya yox, bunu özün qərara gəl.

ABŞ-a nə vaxt uça bilərəm?
Ən tez uçmaq müddəti 5 maydır.

 

VERGİLƏR HAQDA

Vergi verəcəyəm?
ABŞ-da leqal işləyən bütün işçilər kimi vergi verəcəksən.

Vergiləri qaytarmaq mümkü olacaqmı?
Mümkündür!!! Hamısı da olmasa, amma, ödədiklərinin 70-80%-ni geri alacaqsan.
Mərkəz bu barədə kömək edirmi və bunun üçün nə etmək lazımdır?
Bəli biz vergiləri qaytarmaqda kömək edirik. Siz gərək bizə növbəti sənədləri təqdim edəsiz:
1.    US Tax Refund qeydiyyat formu;
2.    W-2 forması və işverəndən axırıncı ödəniş çeki(Originalda)!
3.    Social Security card-ın kopyası;
4.    Xarici pasportun kopyası;
5.    Vizanın kopyası;
6.    DS-2019 formasının kopyası;
İndi bu sənədlərin adları sənə qəribə gələ bilər, amma, ABŞ-dan gədikdən sonra sən bu sənədlər üzrə professional olacaqsan.

 

AVİABİLETLƏR

Aviabiletlərin qiyməti proqramın qiymətinin içərisinə daxildirmi?
2 variant var. Biletlə va biletsiz. Bu variantı özün seçirsən. Biletsiz olan variant digər variantdan 550$ ucuzdur.

ABŞ-dan geriyə uçuş vaxtını dəyişmək olarmı?
Bəli. Əgər siz 2-3 həftə artıq qalmağı və ya əksinə,tez evə qayıtmağı qərara gəmisinizsə onda sadəcə Aviakompaniya ilə əlaqə saxlamaq lazımdır. Bir qayda olaraq sən vaxtı dəyişməyə görə müəyyən miqdarda pul ödəməli olacaqsan (25-50 dollar)

Azərbaycandan uçuş vaxtını dəyişmək olarmı?
O kəslər ki, Placed variantında iştirak edirlər ( yəni, sizin üçün işi proqramın sponsoru axtarır) uçuş vaxtını dəyişə bilməzlər. Self-Aranged iştirakçıları uçuşun vaxtını BİR dəfə dəyişə bilərlər, o da ki, 1 mart 2009 tarixə qədər.Həmçinin müddəti maksimum 7 gündən tez müddətə dəyişmək olmaz.Məsələn, siz anketi doldurarkən uçuş vaxtını 8 iyun yazmısınız, amma, sonra bilmisiniz ki, imtahanı tez də verə bilərsiniz. Bax indi siz ən tez 1 iyunda uça bilersiz. Bundan tez olmaz. Məsələ ondadır ki, sizin uçuş vaxtınız anketinizdən DS-2019-a düşür, hansı ki, onun əsasında siz viza alırsız və ABŞ-a maksimum 7 gün DS-de olan gündən tez uça bilərsiz. Bəzi hallarda iştirakçı 100 dollar cərimə ödəməklə 1 martdan sonra da günü dəyişə bilərlər.

Yaşayış yeri
Bir qaydanı yadda saxlamaq lazımdır- yaşayış yerinin qiyməti – nə qədər yerləşməsi şəhər mərkəzindən uzaq olsa, o qədər də  ucuz olur. Ona görə bütün turistlərlə və eyni zamanda, tələbələrlə dolu olan kurort şəhərlərində tələbələr üçün də yaşayış yerləri var. Orta qiymətlər- 60-90 dollar həftəyə hər adamdan. Bu elə də qorxulu qiymət deyil. Əgər fikirləşsək Bakıda da əgər ev icarə götursək təqribi eyni qiymət olacaq. Onu da yadda saxlamaq lazımdır ki, kurort şəhərlərdə turistlər üçün evlər olduğu kimi, tələbələr üçün də var. Əlbətdə ki, qiymətlərdə və keyfiyyətdə də fərqlər var. O evlərdə bizi nə gözləyir? Bu evdir ya da məzildən (məsələn mərtəbədən) bir hissədir. Qonaq otağı, mətbəx, hamam-tualet (yataqların sayına görə 1+2+3+4+..). Hər otağa 2-3 yataq yeri yerləşər.Bir qayda olaraq bu ağ divarlar, hər yerdə boz döşəmə, televizor, divan, stul-kreslo, mətbəx ləvazimatları, demək olar ki, 100%  hallarda mikrodalğalı soba, otaqlarda yataqlar, balışlar.

  Tapmaq çətin deyil. Ən birinci, işdə öz ətrafında olan hamıdan soruşmaq, tanış tələbələrdən, hər yerdə tanış olmayan insanlardan, qısası hamıdan. Ola bilər ki, bir günə siz ev tapa bilməyəsiz. Narahat olmayın. Çox da baha olmayan bir motelə gedirsiz (yaxşı olar ki, bir neçə nəfər olasız) və bir günlük yox- 1 həftəlik nömrə götürürsüz. Çünki, bir həftəlik götürdükdə xeyli ucuz başa gəlir , nəinki, ayrı-ayrı günlük götürəndə. Amma yenə də bu sizin axtardığınızdan bir az baha olacaq. Amma sizin bir həftəniz var. Və bu həftədə siz lazım olanı tapa biləcəksiniz. Artıq səhəri gün siz rahat şəhəri dolaşaraq for rent yazılan evlərə ya da ki, kirayə verən agentliklərə müraciət edə bilərsiniz. Amma bu elə də yaxşı yol deyil. Çünki, bele yerlərdə əsasən turistlər üçün ev kirayə verilir və bahadı. Əgər tələbələr üçün tapsanız da onda sizdən bütün yayın pulunu əvvəlcədən istəyəcəklər. Yəni, 3-4-5 min. Aydın məsələdi ki, bu məbləği 7-8 nəfər arasında bölüşdürmək olar və belə ucuz olacaq, amma, bu qədər pulu bir dəfəyə vermək yenə də çətin olacaq. Ona görə ən yaxşısı odu ki, harasa tələbələr artıq yaşayan yerə qeydiyyatdan keçəsən və orada həftəlik ödəmə olsun. Bir qayda olaraq qənaət etmək arzusu ilə çoxlu sayda tələbələr bir yerə yığışırlar. Hətta hərdən ağıla sığmaz dərəcədə sıxlıqda yaşayırlar ki, ucuz olsun və 60 dolların əvazinə 40 dollar versinlər. Amma bu yenə də sizin istəyinizdən asılıdır. Həm də onu da nəzərə almaq lazımdır ki, köçəndə sizdən mebel və ya ev üçün depozit alsınlar. Və axırda depoziti qaytarmaq istəmirlər, çünki, yay vaxtı çox vaxt nəsə baş verir( nəsə sınır). Olur ki, sizin ev yoldaşlarınız nəyisə sındırır və ya xarab edir və bu halda digərləri də buna görə cavab verir. Amma burda 100-200 dolların söhbəti gedir. Yenə də əgər heç kim heç nə sındırmayıbsa pulunuzu geri qaytaracaqlar.

ARTIQ ABŞ-DA OLDUQDA

İşverənin adresinə necə getmək lazımdır?
Özün. Demək olar ki, sizin əksəriyyətiniz New-Yorkdakı JFK aeroportuna uçurlar. Pasport qeydiyyatından keçirsiz, öz baqajınızı alırsız, gömrük yoxlamasından keçirsiz. I-94 formasını sizin pasportnuza yapışdıracaqlar. JFK aeroportundan şəhərə avtobusla gedə bilərsiz. Bu təqribən 13 dollar olacaq. New-York avtovağzalına (Port Authority) kimi gedir. Ya da ki, metro ilə. Təqribən 2 dollar qiymətindədir( Aeroportdan Howard Beach JFK stansiyasına size AİRTRAİN-5$, metroda sizin poezd “A” mavi dairədə). Taksi isə sizə təqribən 40 dollara başa gələcək. Siz əgər axşam çatmısınızsa onda yataqxanalardan birində gecələyə bilərsiniz. Bundan sonra isə avtobus stansiyasına , ya da, vağzala yola düşmək lazımdır. Yaxşı olar ki, ABŞ-da hərəkətinizi əvvəlcədən planlaşdırasınız.

Pulları harda saxlamaq lazımdır?
Bankda. Öz hesabınızda. Və başqa heç yerdə. Pullar evdə saxlandıqda çox sayda oğurluq hadisələri baş verir.

ABŞ-da necə kökəlməyim?
Çoxlu işləmək, sodadan az içmək (Amerikanlılar şirin qazlı içkiləri belə adlandırırlar. Məs: Cola, Pepsi), İşə velosipedlə gedib gəlmək. İşdə olan havayı yeməyi yeməkdə ifrata varmamaq və hərdən evdə özünə normal yemək bişirməkdə tambəllik etməmək.
ABŞ-da maksimal qalmaq müddəti nə qədərdir?
5 ay, hansı ki, bunun 4 ayını işləyə və 1 ayını da gəzə bilər. AMMA... ölkəyə 3 oktyabr 2009-cu ildən gec olmamaq şərti ilə qayıtmaq lazımdır. Yəni, əgər tələbə 1 mayda uçursa onda o özünün bütün 5 ayını Amerikada keçirə bilər, əgər, 1 iyunda uçubsa, onda o maksimum 4 ay qala bilər (3 oktyabra kimi).

Həftəyə yeməyə nə qədər pul gedir?
Bu sənin yemək sahəsində işləyib –işləməməyindən asılıdır. Əgər işləyirsənsə onda yeməyə qəpiklər gedəcək-15-20 dollar həftəyə. Yox əgər işləmirsənsə onda bu məbləğ həftəyə 50-60 dollara kimi qalxacaq.

Evə necə zəng edim?
Hər bir ştatın özünün telefon kartları var (İP-telefoniya). Bu kartlardan istifadə edə bilərsiz. Ya da əgər internetiniz olsa Skype ya da voipcheap adlı proqramlara 10 dollar cəmi yukləməklə Azərbaycanla dəqiqəsi 7-21 centə danışa bilərsiz.


 


                                                                                                                                                                                                                   

                 

  Ana səhifə     Bütün proqramlar     Ölkələr üzrə     WORK AND TRAVEL     Xəbərlər     Haqqımızda     FAQ     Qalereya     Forum     Əlaqə     AZERBAIJAN  


  Siz buradasiniz: 




IEC digər ölkələrdə

 

Partnyorlar

Bizimlə əlaqə

Bizim ünvan:

Azərbaycan, AZ 1005, Bakı şəhəri
Islam Səfərli küçəsi 1/4 (MUM-un arxa küçəsi)

Telefon:     (+994 12) 497 34 06

                    (+994 70) 297 34 06, 

                    (+994 50) 365 06 08 

E-mail: office@iec.az

İş vaxtı: Həftə içi saat 10:00-18:00, Şənbə günü saat 12:00-15:00 



 
   

 

Top
Netty 2010 Nominant