INTERNSHIP AND PRACTICAL TRAINING PROGRAMS IN THE USA PDF Çap E-mail

INTERNSHIP AND PRACTICAL TRAINING PROGRAMS IN THE USAINTERNSHIP AND PRACTICAL TRAINING PROGRAMS IN THE USA

Proqram öz ixtisas sahəsi üzrə praktiki olaraq təcrübə yığmaq istəyən iştirakçılar üçün nəzərdə tutulub. Vaxtını gələcək karyera üçün faydalı keçirmək və İngilis dilini təmiz öyrənmək üçün bundan yaxşı variant fikirləşmək çətindi. Bu proqrama ilin istənilən dövründə müraciət etmək mümkündür. Sadəcə onu nəzərə almaq lazımdır ki, InterExchange-ə doldurulmuş anket  təqdim olunduqdan sizin ABŞ-a uçuşunuza qədər 2.5 – 3 ay vaxt keçəcək. İştirakçılara J-1 vizası təqdim olunur.

Tibbi, təhsil, xarici dillərə tərcümə kimi işlərdə staj keçmək olmaz. Həmçinin, sosial işçi kimi staj yığmaq olmaz, au pair və ya aşağı kvalifikasiyalaşmış işlərdə. Məsələn: housekeeping, dishwashing və s. Hər bir işverən verdiyi işin iştirakçının təhsilinə, ixtisasına nə qədər  uyğun olduğunu yoxlayır. Proqram üzrə anket 2 hissədən ibarətdir. Birincisi iştirakçı tərəfindən doldurulur, ikincisi isə- Amerikan işverəni tərəfindən. Proqramın iki variantı mövcuddur. Internship Program- 2-ci kursdan 4-cü kursa kimi olan tələbələr və gənc spesialistlər üçün ( o kəslər ki, diplomu aldığı müddətdən 1 ildən çox vaxt keçməyib).

İştirakçıların yaşları 18-28 yaş. Proqramın müddəti- 6 aydan 12 aya kimi. Practical Training Program. Bu proqram artıq universiteti qurtaranlar üçündür. İştirakçı gərək artıq ən azı 1 il iş stajı olan diplomlu şəxs olsun. Əgər iştirakçı təhsil alıb ixtisaslaşdığı sahədən kənar bir ixtisas ilə proqramda iştirak etmək istəyirsə , onda onun  gərək ən azı bu sahədə 5 il stajı olsun. İştirakçının yaşı 20-38 yaş olsun.Proqramın müddəti -6 aydan 18 aya kimidir.
Proqramda iştirak haqda forumda müzakirə et (birinci mövzu)
Proqramda iştirak haqda forumda müzakirə et (ikinci mövzu)

InterExchange Internship / Practical Training Program

İşverənin tapılması ilə proqramın potensial iştirakçısı IEC-dən aldığı informasiyanı, interneti və şəxsi əlaqələrini və fantaziyasını işlətməklə  axtarır. Çox vaxt sual verilir ki- nə qədər realdır ki, işverəni özüm tapım? Cavab veririk- Maksimal dərəcədə realdır, əsasən, əgər siz menecment, otel biznesi, informasiya texnologiyası kimi sahələrdə təhsil almısınızsa.

Proqrama başlama vaxtlarının mümkün dövrü İlboyu
Proqramın dəvamiyyəti 6 – 12-18 ay
Proqramın qiyməti $1150 -1600-2100
İlkin ödəniş $600 + $180 (Sevis)
Minimal maaş məbləği Razılaşma yolu ilə
Tibbi siğortanın məbləği proqramın məbləğinə daxildir/daxil deyil +
Biletlərin məğləği proqramın məbləğinə daxildir/ daxil deyil -
Yaşayış xərci və yemək proqramın məbləğinə daxildir/daxil deyil -
İşverənin axtarılması proqramın məbləğinə aiddir/aid deyil -
Yaş 18 - 38
Xarici dil İngilis
Uğur faizi 100%

 

Aspire Trainee/Internship

Aspire Trainee/Internship aşağıdakı işlərdə iş təcrübəsi qazanmağı təklif edir: Otel biznesi, turizm, marketinq, menecment, maliyyə, informasiya texnologiyası. Proqramın qiyməti işin müddəti və sahəsindən asılıdı : $2600-$2950 otel menecmenti və turizm üçün və $3750-$4150 isə digər vəzifələr üçün.
Forumda müzakirə et!!

Proqrama başlama vaxtlarının mümkün dövrü İlboyu
Proqramın dəvamiyyəti 1 – 12-18 ay
Proqramın qiyməti $2600-4150
İlkin ödəniş $600+$180 (Sevis)
Minimal maaş məbləği $1200 ayda
Tibbi siğortanın məbləği proqramın məbləğinə daxildir/daxil deyil +
Biletlərin məğləği proqramın məbləğinə daxildir/ daxil deyil -
Yaşayış xərci və yemək proqramın məbləğinə daxildir/daxil deyil -
İşverənin axtarılması proqramın məbləğinə aiddir/aid deyil +/-
Yaş 20 - 35
Xarici dil İngilis
Uğur faizi 100%
Proqram
Adınız (*)
Invalid Input
Soyadınız (*)
Invalid Input
E-mail (*)
Invalid Input
Proqramı seç
Invalid Input
Sualınızı yazın
Invalid Input
Kodu daxil edin Kodu daxil edin
Invalid Input
Share/Save/Bookmark
 
                                                                                                                                                                                                                   

                 

  Ana səhifə     Bütün proqramlar     Ölkələr üzrə     WORK AND TRAVEL     Xəbərlər     Haqqımızda     FAQ     Qalereya     Forum     Əlaqə     AZERBAIJAN  


  Siz buradasiniz: 




IEC digər ölkələrdə

Partnyorlar

Bizimlə əlaqə

Bizim ünvan:

Azərbaycan, AZ 1005, Bakı şəhəri
Islam Səfərli küçəsi 1/4 (MUM-un arxa küçəsi)

Telefon:     (+994 12) 497 34 06

                    (+994 70) 297 34 06, 

                    (+994 50) 365 06 08 

E-mail: office@iec.az

İş vaxtı: Həftə içi saat 10:00-18:00, Şənbə günü saat 12:00-15:00 



 
   

 

Top
Netty 2010 Nominant