WORK AND TRAVEL USA PDF Çap E-mail

Work & Travel USA proqramı haqqında

altWork And Travel USA proqramı Amerika Dövlət Departamenti tərəfindən idarə edilən, dünyanın müxtəlif yerlərindən tələbələrin yay tətili ərzində Amerikada işləyib ingilis dilini təkminləşdirmək imkanları verən, dünyanı və fərqli mədəniyyətləri tanımalarını təmin edən bir tələbə mübadilə proqramıdır. Work and Travel USA proqramı Amerikanı turist kimi deyil içindən biri kimi yasamanızı və tanımanızı təmin edən və bunu edərkən də səyahət məsrəflərinizi qarşılayıb evə bir miqdar pulla qayıda biləcəyiniz bir proqramdır.

 

     Work and Travel USA proqramı vasitəsi ilə ayda orta hesabla 1000-1500$ qazana biləcək və proqram üçün zəruri olan həyat və səyahət məsrəflərinizi qarşılaya biləcəksiniz. Amerika kimi hər kəsin xəyallarını bəzəyən bir ölkəni məsrəflərinizi qarşılayaraq gəzə biləcəksiniz.


Hansı müsbət xüsusiyyətləri var? Əsas müsbət xüsusiyyət sənin vaxtını istədiyin kimi keçirmən və bacardığın qədər də pul qazanmağındır.

Hansı mənfi xüsusiyyətləri var? Bu proqramın mənfi xüsusiyyəti  yoxdu. Və bu da onun ən asas müsbət xüsusiyyətidir.

   

Proqrama başlama vaxtlarının mümkün dövrü

May, İyul

 

Proqramın dəvamiyyəti

2.5- 4 ay

 

Proqramın qiyməti

670$ Self Arranged

990$ Full Service

 

İlkin ödəniş

335$ + 40$ register fee
 

Minimal maaş məbləği

$7.25 saata

 

Yaş

18-28

 

Xarici dil

İngilis

 

Uğur faizi

90%  

      İlk öncə International Exchange Center şirkətinin əməkdaşı ilə İngilis dilində olan intervyunu keçmək lazımdır. İntervyu 3-5 dəqiqə ümumi mövzularda olur. Bundan sonra iştirak haqqında müqavilə imzalanır. Sonra ilkin ödəniş  ödəlnilir. Anketi iştirakçı on-line doldurur. Ofisə yalnız tələbə biletinin və xarici pasportun kopyasını gətirmək lazımdır.  Sonra isə iş axtarışları başlayır. Bunu ya siz özünüz, ya biz, ya da bizim Amerikadakı  partnyorumuz edir.

     İş təklifi gəldikdən (job offer) sonra , proqramın sponsorundan DS-2019 forması gəlir. Hansı ki, onun köməyi ilə siz J-1 vizasına müraciət edirsiniz.  Bu an iştirakçı artıq pulun qalan hissəsini ödəyir və səfirliyə viza görüşünə gedir. Görüş 5-10 dəqiqə konsul ilə keçirilir. Vizada rədd aldıqda, iştirakçıya verdiyi pul 35$ SEVİS , 140$ konsulun və sponsorun administrativ xərcləri ($50 InterExchange üçün), və 40$ register fee çıxıldıqdan sonra bütün məbləğ geri qaytarılır. Əgər viza versələr onda biz sizin üçün aviabilet bron edirik, qalan vaxtı isə siz oxuyursuz, imtahanları verirsiz.


Work and Travel 2011  proqramının qiyməti.

Self-Arranged
     Self-Arranged proqramda iştirak etməyin ən məşhur və ən asan variantıdır. Bu variant sənə sərbəst olaraq işə götürən tapmağa( internetdən və ya keçmiş iştirakçıların köməyi ilə) özün istədiyin yerə getməyə imkan verir.  Bunun üçün iştirakçı uçuşa 2.5 ay qalmışa kimi job offer-i (amerikan iş götürənindən dəvətnaməni) bizə təqdim etməlidir. Bu halda proqramın qiyməti ilk dəfə gedənlər üçün 670$.


Bundan başqa biz keçmiş Work and Travel iştirakçıları üçün bir neçə Aksiya da elan etmişik.

 1) 5 DOSTUNU GƏTİR!

Bu il artıq sən Amerikada olmusan?

      Onda Amerikada hələ olmamış 5 dostunu gətir və PROQRAMI PULSUZ QAZAN. Sən ancaq SEVİS-in  (28AZN) və biletin pulunu ödəyəcəksən. Aksiyada müxtəlif şirkətlərlə Amerikaya getmiş tələbələr də iştirak edə bilərlər.

2) VERGİLƏRİNİ QAYTAR VƏ İLKİN ÖDƏNİŞİ ÖDƏMƏ!

     Sən ödədiyin vergilərini bizim köməyimiz ilə qaytara bilərsən və bu pulu təkrar iştirak üçün ilkin ödəniş kimi istifadə edə bilərsən. Bunun üçün İEC ofisinə yaxınlaşın və vergiləri qaytarmaq haqqında anketi doldurun və deyin ki, ikinci dəfə də getmək istəyirsiz!

Plus
     Bu variantda biz -IEC- sizə iş axtarmaqda kömək edirik. Bizim iş axtarmağımızda üstünlük ondadır ki, biz sizin yanınızdayıq və bizimlə həmişə razılaşmaq asandır. Məsələn, Əgər sən Self-Arranged variantı ilə Aprelin axırına kimi özün iş tapa bilməmisənsə onda sən "Self Arranged" variantını "Work &Travel Plus" variantına dəyişə bilərsən.

Full Service
     Proqramın bu variantında sən Plus variantını qazanmaqla bərabər başqa üstünlüklər də əldə edirsən. New-Yorka çatan kimi iştirakçıları IEC nümayəndəsi qarşılayır və “New-Yorker” otelinə yerləşdirir. Səhəri gün isə Amerika ilə tanışlıq mühazirəsi keçirilir (vergilər haqda, hara, nece getmək, işverənlərlə münasibət , problem olduqda hara zəng etmək lazım olduğu haqda və s.)
     Bu halda o kəslər ki, işverənin yanına getməzdən əvvəl bir iki faydalı gün New-Yorkda  keçirmək istəyirsə onda proqramın bu variantı üçün 990$ ödəməli olacaq.

 

Məbləğə nələr daxildir?

Self- Arranged:
•    New-Yorka  və geriyə aviabilet (əgər sən ödəmisənsə)
•    Forma DS-2019
•    Sənədlərin hazırlanmasında kömək
•    Tibbi siğorta
•    Orientasiya yığıncaqları, proqram haqqında məsləhətlər.
•   "Amerikanı kəşf et" kitabı (460 səhifə + bütün 50 ştatın xəritəsi) ı
•    İnformasiya broşuruı
•    JFK New-York hava limanında qarşılama*
•    24 saatlıq tələbəyə ABŞ-da dəstək olan qaynar xətt.
Plus variant:
•    + İşə götürənin axtarılması

Full Service variant:
•    +İşə götürənin axtarılması
•    +yaşayış yerinin axtarılması
•    +New-Yorkda 2 gün yaşayış
*İEC əməkdaşı mayın 15-dən iyunun 15-nə kimi əksər uçuşları qarşılayacaq. Ola bilər ki, əməkdaş təyyarədə uçan uşaqların sayının az olduğundan sizi aeroportda qarşılamasın.

 

12 səbəb – Nəyə görə tələbələrin çoxu Work & Travel –i International Exchange Center-də seçir?

1.    IEC-dünyada ən təcrübəli agentlikdir. Biz hələ 1989-cu ildən fəaliyyət göstəririk.

2.    Bizdə Work & Travel  proqramının ən geniş seçimləri var.

3.    Bizdə biletin də pulu daxil olmaqla ən optimal qiymətlərdir. Bu yolla iştirakçı biletlərin hər gün artan qiymətlərindən SİĞORTA olunur. Biletlərin pulu proqramın puluna daxildir və hətta biletlərin pulu artsa da proqramın xərci artmır. Bununla bərabər iştirakçı mayın 1-dən 10 iyula qədər istədiyi vaxtı seçə bilər. Bir az əlavə ödəməklə hətta işləyəcəyin yerə daha yaxın olan bir yerə də uça bilərsiniz.

4.  Viza almadıqda pulun qaytarılması.  Bu punkt müqavilədə qeyd olunub və biz pulu qaytarmaq üçün sizdən heç bir əlavə siğorta tələb etmirik.

5.  IEC öz əməkdaşlarını sezon vaxtı Amerikaya göndərir ki, tələbələri qarşılasın. Bu il 2 nəfər əməkdaş JFK ameroportunda işləyəcəklər, tələbələri qarşılayıb onlara  kömək edəcəklər. Bir əməkdaşımız da bizim Amerikan Partnyorumuz olan İnterExchange-də işləyəcək və tələbələrin telefonla suallarına cavab verəcək.

6.   IEC maksimal informasiya dəstəyi edir- 2 vacib informasiyalar olan ingilis dilində (80 səhifəlik) broşur və bütün ştatların xəritəsi olan kitab (400 səhifəlik). İştirakçilar bu materialları qeydiyyatdan keçən kimi alırlar və səyahətə hazırlığa başlayırlar.

7.    Operativlik. Artıq dekabrda biz iştirakçıların ilk DS-lərini alırıq, yanvar - fevral aylarında isə iştirakçılar artıq ilk vizalarını alırlar.

8.    IEC- Avropada Work and Travel sahəsində ən nəhəng şirkətdir. 2008-ci ildə 10000 çox tələbə İnternational Exchange Centeri-i seçmişdir.

9.    Work and Travel- Bu bizim fəaliyyətimizin əsas istiqamətidir. Və buna gorə də biz sizi proqramda iştirak etməyiniz üçün tam hazırlaşdırmaq iqtidarındayıq.

10.    Yeni on-line servislərin BLOGLAR və EXCHANGE-lərin sayəsində biz eyni mövzuda maraqlı olan insanların cəmləşdirmişik. Onlar burada öz praktikalarını bölüşə bilər və ABŞ haqqında informasiya ala bilərlər. Və həmçinin digər iştirakçılarla tanış olub, özlərinə yol yoldaşı tapıb, digər iş götürənlər haqqında məlumat toplaya bilərlər.

11.    IEC biletlərin alınmasına görə və ya tələbəni qayıtmasına görə heç bir depozit almır.

12.    IEC-in bütün əməkdaşları proqramda iştirak edib. Ona görə nəinki teoriya , həmçinin praktikadan da sizə söhbət edə bilərlər.

Proqram
Adınız (*)
Invalid Input
Soyadınız (*)
Invalid Input
E-mail (*)
Invalid Input
Proqramı seç
Invalid Input
Sualınızı yazın
Invalid Input
Kodu daxil edin Kodu daxil edin
Invalid Input
 

 

Share/Save/Bookmark
 
                                                                                                                                                                                                                   

                 

  Ana səhifə     Bütün proqramlar     Ölkələr üzrə     WORK AND TRAVEL     Xəbərlər     Haqqımızda     FAQ     Qalereya     Forum     Əlaqə     AZERBAIJAN  


  Siz buradasiniz: 




IEC digər ölkələrdə

Partnyorlar

Bizimlə əlaqə

Bizim ünvan:

Azərbaycan, AZ 1005, Bakı şəhəri
Islam Səfərli küçəsi 1/4 (MUM-un arxa küçəsi)

Telefon:     (+994 12) 497 34 06

                    (+994 70) 297 34 06, 

                    (+994 50) 365 06 08 

E-mail: office@iec.az

İş vaxtı: Həftə içi saat 10:00-18:00, Şənbə günü saat 12:00-15:00 



 
   

 

Top
Netty 2010 Nominant