|
Şənbə, 21 Noyabr 2009 08:16 |
Ad günümüz mübarək!!!
Nəhayət ki,
səbirsizliklə gözlədiyimiz an, 20 yaşımızın tamam olduğu gün yetişdi. 1989 ilin
21 Noyabr tarixində ilk dəfə Riqa şəhərində yaranmış, bu dövr ərzində dünyanın
80-dən çox şəhərində mərkəzlərini açan İEC şirkəti bu il Azərbaycanda
fəaliyyətə başladı.
Azərbaycana tələbələr üçün mübadilə proqramları, yay
məktəbləri, xaricdə təhsil, staj proqramlarını gətirən bu şirkət qisa vaxt
ərzində yüzlərlə tələbənin marağını cəlb etmişdir. 20 yaşının tamam olması
münasibəti ilə İEC bir çox kompaniyalar və aksiyalar hazırlamışdır. Bu
kompaniyalardan ilki Work and Travel USA proqramına olan ŞOK endirimlərdir. Digər
aksiyalardan xəbərdar olmaq üçün saytımızı hər gün izləyin. Sonda bizə qoşulan
və qoşulacaq tələbələri bu gün münasibəti ilə təbrik edirik. Bizə inanıb, bizi
seçdiyiniz üçün sizə təşəkkür edirik. |